reklam
Regionxeberlericom.az » Dünya » BMT hesabat verdi: Ukraynada 8 mindən çox sakin HƏLAK OLUB

reklam

BMT hesabat verdi: Ukraynada 8 mindən çox sakin HƏLAK OLUB


BMT Ukraynadakı müharibənin qurbanları ilə bağlı məlumatları yeniləyib.


Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində ölkədə 8173 dinc sakin həlak olub.


Xarici KİV xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının martın 6-da dərc olunmuş hesabatında deyilir.


Tələbələrimizdən XƏBƏR VAR: Valideynləri meyitlərin tanınması üçün çağırıldı


Hesabatda 13620 nəfər isə yaralandığı bildirilib. Bu ilin fevralında 138 dinc sakin həlak olub, daha 451 nəfər yaralanıb.

 

"Mülki ölüm hallarının əksəriyyəti geniş məhvetmə sahəsinə malik partlayıcı silahlar və partlayıcı obyektlərin istifadəsinə görə baş verib", - BMT-nin hesabatında bildirilib.

 

Gərgin döyüşlərin getdiyi bəzi yerlərdən məlumatların daxil olması gecikdiyindən mülki əhali arasında itkilərin faktiki sayının daha çox olduğu vurğulanır. Bu, məsələn, Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Severodonetskə (Luqansk vilayəti) aiddir.


Xatırladaq ki, daha əvvəl BMT Rusiyanın genişmiqyaslı təcavüzündən zərər çəkən ukraynalılara yardım üçün 5,6 milyard dollar tələb etmişdi.




Paylaş:


Müəllif : Tarix:
7-03-2023, 14:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər