reklam
Regionxeberlericom.az » Dünya » Mask işçisindən üzr istədi

reklam

Mask işçisindən üzr istədi


Tviterin sahibi İlon Mask əməkdaşı ilə mübahisə etdiyi üçün üzr istəyib.


Regionxeberlericom.az BBC-yə istinadən xəbər verir ki, Halli Thorleifsson tviterdə Muska “İnsan resursları meneceriniz mənim işçi olub-olmadığımı təsdiqləyə bilmir”, - məlumatını verib.


“Hansı işlə məşğul idin?”, - deyə Mask Thorleifssona sual ünvanlayıb.


Thorleifsson qeyd edib ki, Maskla yazışmalarından sonra ona işdən çıxarıldığı barədə bildiriş gəlib.


Mask bir müddət sonra Thorleifssona işə qayıtmağı təklif edib.


İlon Musk, “Yanlış başa düşdüyüm üçün Hallidən üzr istəyirəm. Mənə deyilənlər yalan və ya doğru, lakin mənasız bir şey idi”, - deyə bildirib.


Qeyd edilir ki, Mask 2021-ci ildə “Ueno” agentliyi ilə “Twitter”ə qoşulan Thorleifssonun işdən çıxarılacağı təqdirdə şirkətdən böyük məbləğdə təzminat alacağı səbəbilə qərarından vaz keçib.


Thorleifsson hadisələri "qəribə" və "son dərəcə stresli" hesab etdiyini və tviterə qayıtmağı düşündüyünü söyləyib.




Paylaş:


Müəllif : Tarix:
8-03-2023, 11:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər