Çinin yeni müdafiə naziri ABŞ-ın sanksiyaları altında olan generaldır
Bazar günü 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin (parlament) 1-ci sessiyasının nümayəndələri Li Şanfunun Çin Xalq Respublikasının müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyiblər.
Bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb .
Çin Kommunist Partiyasının (ÇKP) 2022-ci ilin oktyabrında keçirilən 20-ci Qurultayından sonra 65 yaşlı Li Şanfu ÇKP Mərkəzi Komitəsinin Hərbi Şurasına təyin edilib. Cari sessiya zamanı o, ölkənin ali dövlət hərbi orqanının - Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının yenilənmiş tərkibinə daxil olub.
Qeyd edək ki, 2018-ci ildə ABŞ prezident administrasiyası Rusiyadan silah aldığına görə Li Şanfuya qarşı sanksiyalar tətbiq edib. Belə ki, həmin vaxt Li Şanfu və onun rəhbərlik etdiyi Çin Avadanlıq İnkişafı Departamenti Rusiyadan silah, o cümlədən Su-35 döyüş təyyarəsi və S-400 hava hücumundan müdafiə sistemləri alıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-03-2023, 13:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT