Lukaşenko Tehrana rəsmi səfərə gedib

Belarus Prezidenti Aleksandr Lukaşenko Tehrana rəsmi səfərə gedib.
Lukaşenko Tehranda İran Prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq, həmçinin birinci vitse-prezident Məhəmməd Möhbər, İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf və İranın ali dini lideri Əli Xamneyi ilə görüşəcək.
Ehtimal olunur ki, iki ölkə başçıları arasında danışıqların əsas mövzusu bütün istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi olacaq, ticarət-iqtisadi əlaqələrin inkişafına üstünlük veriləcək.
Xatırladaq ki, İran və Belarus prezidentləri bu səfərlə bağlı 2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Səmərqənddə keçirilən konfransı zamanı razılığa gəliblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-03-2023, 21:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-03-2023, 21:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB