reklam
Regionxeberlericom.az » Dünya » Zəlzələ nəticəsində Əfqanıstan və Pakistanda ölənlər var

reklam

Zəlzələ nəticəsində Əfqanıstan və Pakistanda ölənlər var

















Əfqanıstanda ötən gün – martın 21-i axşam saatlarında qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində azı 9 nəfər həlak olub.

Həmçinin Əfqanıstanın şərqindəki Laqman əyalətində də iki nəfər zəlzələ nəticəsində dünyasını dəyişib.

Xayber-Paxtunxva Fəlakətlərin İdarə Edilməsi İdarəsinin məlumatlarına əsasən daha 44 nəfər yaralanıb.

Yeraltı təkanlar Xayber-Paxtunxvadan başqa Pakistanın digər bölgələrində, o cümlədən Peşəvər, Lahor, Kvetta, Ravalpindi və İslamabadda da hiss olunub.

Qeyd edək ki, ötən gün axşam saatlarında Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi Əfqanıstanda 6,8 bal gücündə zəlzələ qeydə alıb, daha sonra seysmoloqlar zəlzələnin maqnitudasını 6,5-ə endiriblər. Zəlzələnin episentri Əfqanıstanın Pakistan və Tacikistanla sərhədi yaxınlığında, 12 min nəfərdən çox əhalisi olan İşkaşim şəhərindən 48 km cənub-qərbdə yerləşib. Zəlzələ Hindistan, Tacikistan, Özbəkistan və Qazaxıstan sakinləri tərəfindən də hiss olunub.




Paylaş:


Müəllif : Tarix:
22-03-2023, 11:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər