Daha bir ölkədə NATO-nun xüsusi təyinatlı qüvvələrinin təlimləri başlayır
Moldova ərazisindəki təlim mərkəzlərində NATO ölkələrinin xüsusi təyinatlı bölmələrinin birgə hərbi təlimləri başlayıb.
Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Joint Combined Exchange Training” (JCET-2023) təlimində Böyük Britaniya, Moldova, Rumıniya və ABŞ ordularının xüsusi təyinatlı bölmələri iştirak edirlər. Təlimlər aprelin 7-dək davam edəcək.
Tədbirlərin məqsədi dörd ölkənin hərbi xüsusi təyinatlıları arasında təcrübə mübadiləsi və qarşılıqlı fəaliyyətin artırılmasıdır. Hərbçilərin konkret tapşırıqlarla təkmil döyüş atışları, paraşütlə tullanma, səhra təlimləri keçirmələri planlaşdırılır.
Bundan əvvəl Latviyada NATO-nun “Büllur ox 2023” beynəlxalq hərbi təlimləri başlayıb. Tədbir martın 31-dək davam edəcək.
Mənbə: Lenta.ru
Paylaş:
Müəllif : Yazar
Tarix:27-03-2023, 14:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər