reklam
Regionxeberlericom.az » Dünya » Netanyahudan nümayişçilərə - Müraciət

reklam

Netanyahudan nümayişçilərə - Müraciət


İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə keçirilən etiraz aksiyasının iştirakçılarına müraciət edib və onları zorakılıqdan çəkinməyə çağırıb.

Netanyahu bununla bağlı öz tviter hesabında paylaşım edib. 

“Mən Yerusəlimdəki bütün nümayişçiləri, sağçıları və solçuları məsuliyyətli olmağa və zorakılıqdan çəkinməyə çağırıram. Biz qardaşıq”, - deyə Baş nazir qeyd edib. 

Qeyd edək ki, İsraildə müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsindən sonra martın 26-sı ölkədə kütləvi etiraz aksiyası başlayıb. Qalantın istefa xəbərini ölkənin Baş naziri Benyamin Netanyahu elan edib. Qalant məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu bəyan etdikdən sonra Baş nazir bu barədə qərar qəbul edib. Xarici KİV-in məlumatına görə, etiraz aksiyasında 600 mindən çox şəxs iştirak edib. Aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma yaranıb. Ölkə Prezidenti İshaq Hersoq hökuməti məhkəmə islahatlarının qəbul edilmə prosesini dərhal dayandırmağa çağırıb.




Paylaş:


Müəllif : Tarix:
27-03-2023, 16:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər