reklam
Regionxeberlericom.az » Dünya » Alman şirkəti Ukraynadakı tanklara texniki xidmət mərkəzi yaratdı

reklam

Alman şirkəti Ukraynadakı tanklara texniki xidmət mərkəzi yaratdı
















Almaniyanın “Rheinmetall” şirkəti Rumıniyada Ukraynanın müdafiəsi üçün Qərbin tədarük etdiyi tanklar, haubitsalar və hərbi maşınlar üçün texniki xidmət və logistika mərkəzi yaradıb.

Bu haqda Alman mətbuatına danışan şirkətin sözçüsü, sözügedən mərkəzin Rumıniya-Ukrayna sərhədi yaxınlığındakı Satu Maredə qurulduğunu və bu aydan etibarən fəaliyyətə başlayacağını deyib.

Bildirilib ki, texniki xidmət mərkəzi Ukraynada istifadə olunan Qərb müharibə sistemlərinin əməliyyat hazırlığının və maddi-texniki təminatının saxlanmasında mərkəzi rol oynayacaq.

Almaniya kansleri Olaf Şolts texniki xidmət mərkəzinin yaradılmasını müsbət qarşılayıb. Onun sözlərinə görə, Ukraynada yerləşdirilən avadanlıqların daim təmir olunması və istifadəyə yararlı vəziyyətdə olması vacibdir.

Həmçinin gələcəkdə Satu Maredə NATO qüvvələrinin döyüş maşınları ilə yanaşı, logistika maşınlarına da texniki xidmət göstərilməsi planlaşdırılır.




Paylaş:


Müəllif : Tarix:
3-04-2023, 23:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər