GÖZLƏNİLƏN ƏKS HÜCUMUN GÖZLƏNİLMƏZ İSTİQAMƏTİ... – Ukrayna strateji hücum əməliyyatına hazırdırmı?
Artıq bir neçə aydır ki, beynəlxalq mətbuatda Ukrayna Silahlı Qüvvələrinin cəbhənin bir neçə istiqamətində əks hücum əməliyyatına başlayacağı geniş şərh edilir. Yayılan məlumatlarda bildirilir ki, hücum əməliyyatı üçün Ukrayna ordusu əlverişli hava şərtləri daxil olmaqla bütün kiçik detalları nəzərə almaq məcburiyyətindədir.
Ukrayna ordusunun mümkün hücum planı barəsində Pentaqonun əlində olan sənədlərin bu yaxınlarda mətbuata sızması müəyyən dolaşıqlıq və çaşqınlıq atmosferi yaradıb. Məxfi informasiyanın üzə çıxması ilə əlaqədar çoxsaylı versiyalar səslənir. Bu sənədlərin həqiqi olmamasından tutmuş, bunun aldadıcı gediş kimi təqdim edilməsinə qədər müxtəlif fikirlərə rast gəlinir.
ABŞ başda olmaqla Qərb Ukraynanın bu hücuma hazırlaşmasına hərtərəfli yardım göstərsə də, belə görünür ki, burada bir məsələ tam aydın deyil. İndi sual meydana çıxır, görəsən, bu hücumun uğurlu keçməsi üçün Qərb Ukrayna ordusuna kifayət qədər silah və texnika veribmi?
Əlbəttə, vəziyyətin necəliyini müharibədə böyük təcrübə qazanmış Ukrayna komandanlığı yaxşı bilir. Onlar mövcud şərtləri ətraflı və dəqiq hesablamadan hücuma başlasalar, istədikləri nəticəni əldə etməyə bilərlər. Hücum zamanı rusların tutduqları mövqelərdən geri çəkilmələri mümkündür, lakin unutmayaq ki, Rusiya ordusu da müdafiəyə hazırlaşır və bunun üçün lazımı tədbirlər görür.
Ukrayna ordusunun hücum edə biləcəyi cəbhənin ümumi uzunluğu 700 kilometrdən artıqdır. Belə bir məsafəni müdafiə etmək heç də asan deyil, elə bu səbəbdən də Rusiya komandanlığı bütün cəbhə boyu yarana biləcək boşluqları qapatmaq üçün təxminən 500 min nəfərə ehtiyac duyur. Rusiyanın Baxmut şəhərinə intensiv hücumunun araxasında bəlkə də elə bu dayanır. Ruslar müəyyən qrupu irəliyə verib, rəqibin gücünü həmin məkana cəmləməklə müdafiəyə ciddi hazırlıq üçün vaxt qazana bilər.
ABŞ peyklərindən çəkilmiş görüntülərdə Krım yarımadası da daxil olmaqla bütün arxa xətlərdə istehkamalr qurulduğu aydın görünür. Hazırda Rusiya ordusu bütün imkanlarını istehkamlar tikilməsinə səfərbər edib. Sözsüz ki, təkcə eşalonlaşdırılmış müdafiə qurğuları əks-hücum həmləsinin qarşısını almaq üçün yetərli sayıla bilməz və görülməsi vacib olan işlərlə yanaşı, bütün cəbhə xəttini canlı qüvvə ilə təmin etmək lazımdır.
Ruslar üçün başlıca problemlərdən biri də əsas hücum zərbəsinin istiqamətinin haradan olacağının müəyyənləşdirilməsidir. Məsələn, İkinci Dünya Müharibəsi zamanı Normandiya sahillərinə desant çıxarılması əməliyyatına çox ciddi hazırlıq görülmüşdü. Alman komandanlığı koalisiya qüvvələrinin haradan desant çıxaracaqlarını müəyyənləşdirməyə çalışırdı. Lakin “Overlord” desant əməliyyatı heç də onların gözlədiyi yerdən başlamamışdı. Həmin müharibə zamanı bir çox hallarda quruda keçirilən əməliyyatlar zamanı da əsas zərbə istiqamətinin düzgün müəyyənləşdirilməməsi alman cəbhəsinin yarılmasına gətirib çıxarırdı. Əlbəttə, bunun səbəbləri içərisində cəbhə xəttinin uzunluğu mühim yer tuturdu. Ümumiyyətlə, hücuma keçən tərəf operativ-taktiki əməliyyat planını elə işləyib hazırlamalıdır ki, qarşı tərəf əsas zərbə istiqamətini müəyyənləşdirə bilməsin. Elə hallar olur ki, çoxsaylı yayındırıcı, çaşdırıcı hücumlar həyata keçirilir və müdafiə olunan tərəf bütün imkanlarını məhz həmin istiqamətə yönəltməyə məcbur qalır. Lakin bir müddətdən sonra bəlli olur ki, onu qəsdən bu istiqamətə doğru çəkiblər, rəqib isə bütün gücü ilə tamam ayrı yerdən cəbhəni yarıb.
İkinci Dünya Müharibəsindən sonrakı iri miqyaslı müharibələr içərisində bu qədər uzun cəbhə xətti demək olar ki, çox az hallarda olub. Nümunə kimi yalnız 1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsini və 1991-ci ildə İraq ordusuna qarşı həyata keçirilən “Səhrada fırtına” əməliyyatını göstərmək olar.
Ukraynanın strateji qələbəsi üçün istənilən qədər silahı varmı?
Strateji qələbə qazanması üçün Ukraynanın istənilən səviyyədə hərbi texnikaya yiyələndiyi hələlik müəyyən şübhələr doğurur. Belə ki, Ukraynanın israrlı təkidlərinə baxmayaraq, ABŞ onlara 300 kilometrədək hədəfləri vura bilən “MGM -140 ATACMS” taktiki-ballistik raketləri verməkdən imtina edir. Səbəb kimi bu silahlardan Rusiya ərazisinin vurula biləcəyini göstərirlər. Lakin ukraynalılar bunu etməyəcəklərini bildirsələr də, hələ ki, ortada bir nəticə yoxdur. Sözügedən raketlərin əhəmiyyəti çox böyükdür. Bu raketlər rusların Donbasdakı bütün dəmiryol qovşaqlarını, nəqliyyat infrastrukturlarını, silah anbarlarını, qoşun birləşmələrinin cəmləşdiyi məntəqələri məhv etmək gücündədir.
Belə ki, hələ “M142 HIMARS” kompleksindən buraxılan “GMLRS” raketləri veriləndən sonra Ukrayna ordusu rusların təmas xəttindən 70-80 kilometr kənarda yerləşən bütün silah anbarlarını məhv etmişdi. Bunu görən ruslar bütün strateji ehtiyatlarını cəbhənin 150-200 kilometrlik dərinliklərinə yerləşdirməyə başladılar. Heç şübhə yoxdur ki, “MGM-140 ATACMS” raketlərinin də nə zamansa Ukraynaya veriləcəyinin şahidi olacağıq. Çünki bir ildən artıq sürən müharibənin xarakteri, gedişi bunu göstərir. Hələ keçən il ABŞ Ukrayanya tank və “Patriot” Hava Hücumundan Müdafiə Sistemlərinin verilməsi ilə qəti razılaşmırdı. Ümumiyyətlə isə Ukraynaya verilən tanklar yetərli sayda olmasa da, göndərilən digər müxtəlif zirehli texnikanın miqdarı az deyil və bunu böyük bir irəliləyiş hesab etmək olar. Lakin kəmiyyət baxımından bu, qətiyyən qaneedici sayıla bilməz. Digər tərəfdən, artıq Rusiyanın mərmi sarıdan korluq çəkdiyi açıq-aşkar görünür. Düzdür, ruslar tam mərmisiz qalmırlar. Ancaq hər halda, əllərində olan onlara yetmir. Rusiya hərbi sənayesi isə sürətlə böyük sayda texnika və mərmi istehsal etmək gücündən uzaqdır. ABŞ və Avropa Ukraynaya 2 milyon mərmi verəcəklərini bildiriblər və yəqin ki, bu vəd yerinə yetiriləcək. Ancaq Ukrayna ordusunun irimiqyaslı strateji hücumu üçün bu miqdar yalnız qısa müddət üçün bəs edər. Əgər hücum sürətli, gözlənilməz və səmərəli olarsa, bu mərmilərin effekti yüksək olacaq. Bəllidir ki, Qərbin müxtəlif təyinatlı bütün artilleriya qurğuları və orada ən çox istifadə edilən 155 millimetr çapındakı mərmilər rusların analoji sistemlərindən dəfələrlə dəqiq zərbə vururlar. Ekspertlər deyirlər ki, Rusiya ordusu hər hansı hədəfi vurmaq üçün 7-8 ədəd mərmi atırsa, müvafiq hədəflərin məhv edilməsi üçün ukraynalılara 2-3 mərmi kifayət edir.
Onu da qeyd edək ki, müharibə təkcə döyüş meydanından ibarət deyil, arxa cəbhə bir çox hallarda az qala yaddan çıxarılır. Belə ki, müharibədə qalib gəlməkdən ötrü güclü və ardıcıl təchizata malik olmalısan. Rusiyanın axsayan yerlərindən biri də məhz təchizatdır.
Deyilənlərin hamısından hansı nəticəni çıxarmaq olar?
Deməli, Qərbin Ukraynanı silahlandırması metodundan və Rusiya ordusunun texniki logistik potensialının hansı səviyyədə olmasından aydın görmək olar ki, müharibənin gedişi Amerikanın başçılıq etdiyi “Ramştayn” koalisiyasının nəzarətinə keçir. Ukraynadakı müharibənin böyük geostrateji maraqlar uğrunda iri miqyaslı qarşıdurma olmasını qətiyyən unutmayaq. Rusiyanın böyük və gurultulu məğlubiyyətini arzulamayan Avropa ölkələri içərisində Fransa xüsusi mövqe sərgiləyir. Keçən il Fransa Prezidenti Emmanuel Makron Putinin “sifətinin qorunmasının” vacibliyini vurğulayırdı. Lakin Beynəlxalq Cinayət Məhkəməsinin qərarından sonra Parisin təkbaşına cəhdləri nəticə verməyəcək.
Təbii ki, müharibə dolayı yolla siyasətin ön planda görünən xüsusi bir formasıdır və burada ABŞ-ın rəhbərlik etdiyi Atlantika Alyansının maraqları uzunmüddətli perspektiv plan üzərində qurulub.
Azpolitika.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-04-2023, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər