reklam
Regionxeberlericom.az » Dünya » Sudanda daxili qarşıdurma şiddətlənir - Son baş verənlər

reklam

Sudanda daxili qarşıdurma şiddətlənir - Son baş verənlər

















Sudanda ölkənin hərbi rəhbərliyi daxilindəki hakimiyyət mübarizəsinin nəticəsində başlayan qarşıdurmalar getdikcə şiddətlənir.

Paytaxt Xartumda şiddətli döyüşlər davam etdiyi üçün buradan diplomatları və vətəndaşlarını evakuasiya edən ölkələrin sayı artır.

ABŞ və Böyük Britaniya bazar günü diplomatlarını ölkədən çıxardıqlarını açıqlayıb.

Fransa, Almaniya, İtaliya və İspaniya da evakuasiya həyata keçirən digər ölkələr sırasındadır.

Kanadanın Baş naziri Castin Trüdo hökumətinin diplomatik heyətini təxliyə etdiyini açıqlayıb.

Həmçinin Misir, Pakistan və Kanada vətəndaşları olan 150-dən çox insan dəniz yolu ilə Səudiyyə Ərəbistanının Ciddə limanına təxliyə edilib.

Altı milyona yaxın əhalisi olan Xartumda ilişib qalan bir çox xarici - Afrikadan, Asiyadan və Yaxın Şərqdən olan tələbələr kömək üçün çağırışlar ediblər.

Sudanda internet şəbəkəsi demək olar ki, tamamilə sıradan çıxdığı üçün, bu hal Xartum və digər şəhərlərdə qalanlara yardımın koordinasiyasına ciddi mane olur.

Xartumda və başqa yerlərdə davamlı olaraq baş verən atışma və bombardmanlar əhalinin çox hissəsinin elektrik enerjisini, həmçinin qida və suya təhlükəsiz çıxışını kəsib.

Ramazan bayramını qeyd etmək üçün üç günlük fasilə də daxil olmaqla, hər iki tərəfin razılaşdığı bir neçə atəşkəsə məhəl qoyulmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı döyüşlərin nəticəsində 400-dən çox insanın öldüyünü və minlərlə insanın yaralandığını bildirir. Ancaq ölənlərin sayının daha çox olduğuna inanılır, çünki insanlar səhiyyə xidməti almaq üçün mübarizə aparırlar, belə ki, şəhər xəstəxanalarının əksəriyyəti döyüşlər nəticəsində bağlanmağa məcbur olub.

BMT xəbərdarlıq edib ki, 20 minə qədər insan, əsasən qadın və uşaqlar Çad istiqamətində sərhədi keçərək Sudanı tərk edib.

Qeyd edək ki, Sudanda ordu ilə xüsusi təyinatlı bölmə hesab olunan Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasında silahlı qarşıdurma gedir. Vəziyyət ordunun komandiri, eyni zamanda Suveren Şuraya (ölkənin idarəetmə orqanı) rəhbərlik edən Əbdülfəttah əl-Burhan ilə RRF komandiri Məhəmməd Həmdan Daqalo arasındakı ÇRQ-nin nizami orduya planlaşdırılmış inteqrasiyası ilə bağlı fikir ayrılığı səbəbindən gərginləşib. Bu, Sudanın mülki idarəçiliyə qaytarılması ilə bağlı razılaşmanın şərtlərindən biri hesab olunur.

İki silahlı qüvvə arasında aprelin 15-də Merovdakı hərbi baza yaxınlığında və Xartumda toqquşmalar baş verib. Toqquşmalar Sudanın paytaxtı və ən azı 7 ştatda qarşıdurmalara səbəb olub.

Tərəflərdən hər biri digərini hücumda günahlandırır.




Paylaş:


Müəllif : Tarix:
24-04-2023, 10:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər