reklam
Regionxeberlericom.az » Dünya » Keniyada dini sektanın 50-yə yaxın üzvünün cəsədi tapılıb - VİDEO

reklam

Keniyada dini sektanın 50-yə yaxın üzvünün cəsədi tapılıb - VİDEO


Pastor Pol Makkenzi tərəfindən qurulan “Xoş Xəbər” Beynəlxalq Kilsəsi” üzvlərinin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Keniyanın şərqində son üç gündə çıxarılan cəsədlərin sayı 47-yə çatıb.

Daha əvvəl 21 cəsədin tapılması barədə məlumat verilmişdi, aprelin 23-də isə daha 26 cəsəd çıxarılıb.

Polis Malindi şəhəri yaxınlığında aparılan işləri davam etdirir. Qeyd olunur ki, ərazidə 58 məzar aşkarlanıb, bəzilərində bir neçə nəfərin ola biləcəyi ehtimal edilir. Qəbirlərin bəziləri artıq polis ekspertləri tərəfindən açılıb, digərlərinə yaxın günlərdə baxış keçiriləcək.

Qeyd edək ki, aprelin 14-də polis meşədə tikilmiş evdə dörd nəfərin meyitinin tapılması barədə məlumat yayıb. Onlar ora “dünyanın sonunun yaxınlaşmasını gözləmək” üçün toplaşan bir qrup təriqət ardıcılı olub və aclıqdan ölüblər, daha 11 nəfər isə ağır qida çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Makkenzi bu təriqəti 20 il əvvəl yaradıb. Pastor, möminin əbədi həyatı əldə etməsinin ən sürətli yolu kimi ifrat aclıq formalarında israr etməsi ilə tanınır. 2017-ci ildən bəri Keniya məhkəmələri ona qarşı müxtəlif ittihamlarla iddialar qaldırıb, lakin Makkenzi azadlıqda qalmağa davam edib. Pastor aprelin 15-də hakimiyyətə təslim olub və hazırda istintaq altındadır.


Mənbə: TASS




Paylaş:


Müəllif : Tarix:
24-04-2023, 11:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər