reklam
Regionxeberlericom.az » Dünya » Yaponiya öz modulunu Aya endirə bilmədi

reklam

Yaponiya öz modulunu Aya endirə bilmədi


Yapon modulu “Hakuto-R” ilə əlaqə Aya eniş zamanı kəsilib və buna görə də missiyanın uğursuz hesab ediləcəyi ehtimalı yüksəkdir.

Bu barədə çərşənbə axşamı “Ispace” şirkətinin rəhbəri Takeşi Hakamada məlumat verib.

“Hazırda aparatla əlaqə yarada bilmirik. Eniş anına qədər əlaqəmiz var idi, lakin sonra əlaqə kəsildi. Etiraf etməliyik ki, uğurlu eniş edə bilmədik”, - o, deyib.

Hakamada söz verib ki, aprelin 26-da şirkət bununla bağlı açıqlama verəcək.

Qeyd edək ki, “Hakuto-R” Tokioda yerləşən Yapon şirkəti “Ispace” tərəfindən hazırlanıb. Aparatın hündürlüyü 2,3 m-dir. O, 2022-ci ilin dekabrında Amerikanın “SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı aparatı vasitəsilə Aya buraxılıb.

Mənbə: TASS




Paylaş:


Müəllif : Tarix:
26-04-2023, 09:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər