reklam
Regionxeberlericom.az » Dünya » İmran Xan saxlanıldı

reklam

İmran Xan saxlanıldı















Pakistanın keçmiş Baş naziri İmran Xan saxlanılıb.

Bu barədə Pakistanın “Geo TV” telekanalı məlumat yayıb.

Kanal saxlanılmanın təfərrüatları barədə hələ ki məlumat yaymayıb.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Pakistan Seçki Komissiyası Xanı seçkilərdən kənarlaşdırıb və Baş nazir kimi gəlirləri haqqında “səhv” maliyyə hesabatı verdiyinə görə onu beş il müddətinə dövlət vəzifələrində işləmək hüququndan məhrum edib. Qərar Xanın xarici hədiyyələrin satışından ən azı 36 milyon Pakistan rupisini (137,7 min dollar) mənimsəməsi və ona qarşı aparılan istintaqla bağlı şübhələr fonunda qəbul edilib. Pakistanın eks-prezidenti 2022-ci il aprelin 10-da ona etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. Bundan bir qədər əvvəl Xan hökumətinin ABŞ və yerli müxalifət tərəfindən təhdid edildiyini bildirib. Sabiq Baş nazir dəfələrlə ona qarşı aparılan siyasi proseslərin xaricdən ilhamlandığını və maliyyələşdirildiyini iddia edib.




Paylaş:


Müəllif : Tarix:
9-05-2023, 14:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər