Makron da Paşinyanı xilas edə bilmədi - Brüssel görüşünün DETALLARI
Brüssel görüşü öncəsi Ermənistan tərəfi əlindən gələni etdi ki, ya bu görüş ümumiyyətlə baş tutmasın, yaxud da sülhlə bağlı danışıqlarda ən kiçik irəliləyiş belə baş verməsin. Lakin hər şey İrəvanın tamamilə planlarına zidd şəkildə davam etdi.
Bu görüş təsdiq etdi ki, artıq sülhdən qaçmaq, onu sabotaj etmək cəhdi nə Ermənistanın, nə də havadarlarının imkanları daxilindədir. Çünki Ermənistan hazırda dalana dirənmiş vəziyyətdədir. O özü-özünü bu çətin duruma saldı. Vəziyyətdən çıxmaq üçün isə Ermənistanın qarşısında yalnız Azərbaycanın şərtləri ilə razılaşmaq variantı qalır. Əksi Ermənistanın məhvi deməkdir.
Nikol Paşinyan Fransa prezidenti Emanuel Makronla Azərbaycanın sülh planlarının üstündən birdəfəlik xətt çəkməyə cəhd etsə də Bakı növbəti dəfə bu cəhdləri səbr və qətiyyətlə dəf etməyi bacardı. Halbuki oktyabrdan üzü bu yana Fransanın müdaxiləsi nəticəsində bundan sonra "iki bacı" məqsədyönlü şəkildə dördtərəfli formatda görüşün keçirilməsini istəyirdilər və bu istiqamətdə çalışırdılar. Amma Azərbaycan tərəfi buna razı olmadı və nəticə etibarilə də Azərbaycanın iradəsi və qəti mövqeyi sayəsində Brüssel formatında görüşün davamını leqallaşdırdı.
Beləcə, Ermənistan-Fransa tandeminin dekabrdan deaktivləşdirdiyi Brüssel formatı dünəndən etibarən bərpa edildi. Keçən ilin oktyabrından - Praqada keçirilmiş görüşdən sonra Brüssel formatının həyata keçirilməsində Paris və İrəvan cütlüyü müəyyən süni əngəllər yaratmağı bacarsalar da Bakı bu dəfə də istəyinə nail oldu və Vaşinqtonun ardınca Brüsseldə də isbatladı ki, sülh danışıqlarında bir maraqlı tərəf var - Azərbaycan!
Brüssel formatında prezident İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişel arasındakı üçtərəfli növbəti görüş də bundan əvvəlki təmaslarda olduğu kimi rəsmi Bakının lehinə başa çatdı. Xoş haldır ki, son iki görüşdə, həm ABŞ dövlət Departamentinin rəhbəri Entoni Blinken, həm də Aİ rəhbəri Şarl Mişel Azərbaycanın tələblərini məqbul hesab edib və bununla barışmalı olublar. Azərbaycana da Nikol Paşinyanın rəsmi Bakının sülh şərtlərini qəbul etməsindən daha çox elə Aİ və ABŞ-ın rəsmi Bakının mövqeyinə dəstək ifadə etməsi idi. Çünki Azərbaycana qlobal güclərin Bakının səmimiyyətinə inanması geosiyasi proseslərin sonrakı mərhələsində həlledici ola bilər.
Aydın göründü ki, Şarl Mişelin artıq adət halını almış danışıqların yekununa dair bəyanatı bu dəfə də Azərbaycanın maraqları ilə üst-üstə düşdü. Belə ki, Şarl Mişelin bəyanatında "Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti" ifadəsinə yer verməsi separatçıların istəklərini gözlərində qoydu. Bununla da, Şarl Mişel Qarabağın Azərbaycanın daxilində inzibati rayon, Qarabağın Azərbaycanın daxili işi olduğunu təsdiqləmiş oldu.
Əslində İrəvanın əsas məqsədinin bu danışıqlarda nə olacağını öncədən də proqnozlaşdırma olardı. Nikol Paşinyanın dünənki danışıqlarda Qarabağla bağlı əsas istəyi qlobal aktorların Bakı - Xankəndi arasında danışıqlarda iştirakını leqallaşdırmaq idi ki, Azərbaycan bu dəfə də Ermənistanın istəyini qurşağında qoydu. Dövlət başçısı prinsipiallıq nümayiş etdirərək bu tələbi rədd etməklə Nikol Paşinyanı Avropanın paytaxtından İrəvana əliboş yola salıb.
Şarl Mişel ötən gün bu zamana kimi heç bir danışıqlarda qeyd edilməyən detala da toxunub. Bu, Azərbaycanın ərazi bütövlüyünün konkret rəqəmlərlə qeyd edilməsidir. Ş.Mişel qeyd etdi ki, Ermənistan Azərbaycanın 86.6 min kv-km ərazisini tanıyır. Bununla da Ai rəsmisi faktiki olaraq Ermənistanın Azərbaycana qarşı ərazi bütövlüyü ilə bağlı bugünə qədər apardığı manipulyasiyaya son qoymuş oldu.
Aİ prezidenti Zəngəzur dəhlizinin dəmiryolu xətti və delimitasiya-demarkasiya məsələsində də tərəflər arasında razılıqlar olduğu barədə mesajlar verməklə Ermənistanın bu görüşdən olan gözləntilərinin üstündən birdəfəlik xətt çəkmiş oldu.
Şarl Mişelin bu yekun bəyanatlarından nəticə çıxarmaq olar ki, Nikol Paşinyan Azərbaycanın bu tələbləri ilə razılaşmağa məcbur qalıb. Çünki İrəvana razılaşmamaq üçün heç bir səbəb qalmır. Rəsmi Bakı Qarabağ ermənilərinin Azərbaycanın tərkibində hüquq və təhlükəsizlikləri ilə bağlı təminatı 10 noyabr üçtərəfli bəyanatından bəri mütəmadi olaraq səsləndirirdi.
Əlbəttə ki, dünənki görüşdən sensasion nəticələr gözləmək özünü aldatmaq olardı. Nəzərə alsaq ki, Nikol Paşinyan sülhə yox, məhz regionda vəziyyətin yenidən gərginləşdirilməsinə hazırlaşmışdı, o zaman İrəvanın konstruktivliyi onun illuziya bacarığından xəbər verə bilərdi.
Ermənistan indi Brüssel formatındakı növbəti görüşün nəticələrini diqqətlə nəzərdən keçirmək barədə düşünməlidir. Çünki Azərbaycan-Ermənistan sərhədindəki son insidentlərdən sonra Prezident İlham Əliyev böyük ehtimalla Nikol Paşinyana növbəti xəbərdarlığını etməmiş deyil.
Ermənistan hərbi-siyasi rəhbərliyi sülh prosesinin danışıqlar yolu ilə düzgün, ədalətli həllinə mane olmağa davam edəcəksə, görəcəklərinin olduğunu qulağında sırqa etməlidir. Çünki Azərbaycan Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqların Ermənistan və havadarları tərəfindən istər hərbi təxribatlar, istərsə də diplomatik manipulyasiyalarla dəyişditilməsinə heç vaxt imkan verməyəcək. Rəsmi İrəvan Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı maneələr yaratmağa davam edəcəksə, bunun ən böyük zərərin də məhz elə İrəvan görəcək. //trend//
Paylaş:
Müəllif : Yazar
Tarix:15-05-2023, 16:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər