Fransanın eks-prezidentinə hökm oxundu
Paris Apellyasiya Məhkəməsi telefon dinləmələri ilə bağlı Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə hökm çıxarıb.
Məhkəmə siyasətçinin ikisi şərti olmaqla üç il həbs cəzasına məhkum edildiyi 2021-ci ildəki hökmü qüvvədə saxlayıb. Həmçinin Sarkozinin qalan bir ili həbsxanada keçirməsi əvəzinə elektron qolbaq taxa biləcəyi barədə qərar verib.
Xatırladaq ki, 2021-ci il sentyabrın 30-da Paris məhkəməsi Sarkozini bir il müddətinə həbsxanada cəza çəkməyə göndərib. Bu qərar onun 2012-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı olub.
İstintaq versiyasına görə, 2007-ci ildə siyasətçi Fransanın “L'Oreal” şirkətinin varisi Lilian Bettankurdan seçki kampaniyası üçün 150 min avro alıb, baxmayaraq ki, birdəfəlik ianə 4,6 min avrodan çox ola bilməz. Müstəntiqlər bu məlumatı Sarkozinin iki telefon xəttini dinlədikləri zaman əldə ediblər.
Mənbə: “France 24”
Paylaş:
Müəllif : Yazar
Tarix:17-05-2023, 15:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər