Çexiya Rusiya diplomatlarından mənzillər və torpaq sahələrini geri alır
Çexiya hökuməti bu günə qədər Rusiyaya ölkədəki böyük torpaq sahələrini pulsuz istifadə etməyə icazə verən qərarları ləğv edib.
Bu barədə Çexiyanın Avropa məsələləri üzrə naziri Martin Dvoryak bildirib. “Ölkəmizin işğalından sonra Rusiya tanklarının təhdidi altında qəbul edilmiş hökumət qərarlarını ləğv etdik. Bu qərarlar indiyə qədər Rusiyaya bizim ərazimizdə böyük torpaqlardan pulsuz istifadə etməyə icazə verirdi”, - deyə o, bəyan edib.
Nazir əlavə edib ki, bu torpaqların istifadəsindən əldə edilən qanunsuz gəlirlər Ukraynanın hazırkı işğalını dəstəkləmək üçün istifadə edilməməlidir.
Məlumata görə, söhbət Rusiya səfirliyinin yaxınlığındakı Praqa mənzilləri, həmçinin Brno, Karlovı Varıdakı binalar, Vlkançiç və Evanidəki istirahət yerlərindən gedir. Qərarın bugünkü ləğvi 59 torpaq sahəsinə təsir edəcək. Rusiya bu obyektlər üzrə müvafiq vergi öhdəliklərini yerinə yetirməli olacaq.
Mənbə: TASS
Paylaş:
Müəllif : Yazar
Tarix:18-05-2023, 09:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər