reklam
Regionxeberlericom.az » Dünya » Əsgər yaxınları yenidən İrəvanda aksiya keçirir

reklam

Əsgər yaxınları yenidən İrəvanda aksiya keçirir


Ermənistanda müharibə zamanı ölən hərbçilərin yaxınları yenidən İrəvanda aksiya keçirir.

Regionxeberlericom.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkənin Baş naziri Nikol Paşinyanın oğlunu qaçırmaqda şübhəli bilinərək həbs edilən Qayana Akopyanın azadlığa buraxılmasını tələb edirlər. 

Aksiya hökumət binasının qarşısında keçirilir. 

Xatırladaq ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib. Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbiristanlığa aparacaqlarını deyiblər. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin o, bir anlıq dayanan maşından düşə bilib. Bu zaman təşkilata məxsus digər bir avtomobil onu vurub. Nəticədə Paşinyanın oğlu ayağından zədə alıb. Hadisədən sonra Ermənistanda müharibə zamanı ölən hərbçilərdən birinin anası olan Q.Akopyan saxlanılıb. Məhkəmə mayın 20-si Akopyanın 1 ay müddətinə həbs olunmasına dair qərar verib. O, Aşot Paşinyanın qaçırılmasının təşkilində ittiham olunur.




Paylaş:


Müəllif : Tarix:
22-05-2023, 12:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər