Türkiyədə bir neçə ölkənin xarici kəşfiyyatına işləyən tutuldu
Milli İstihbarat Təşkilatı (MİT) Türkiyədə xarici ölkələrin kəşfiyyatına xidmət edən daha bir casus şəbəkəsini ifşa edib.
İsrail Kəşfiyyat Xidmətinin Mossad-ın Türkiyədə yaratdığı daha bir casusluq şəbəkəsinə qarşı əməliyyat keçirilib. MİT və İstanbul Respublika Baş Prokurorluğu ilə 1,5 il əvvəldən başladılan istintaq çərçivəsində Mossad-ın Türkiyədə hədəfə aldığı İranla ticarət əlaqələri olan 1 şirkət və 23 şəxsə qarşı casusluq fəaliyyəti həyata keçirdiyi müəyyən edilib.
Məlumata görə, Mossad keçmiş FETÖ fərari və TSK-nın keçmiş əməkdaşı Serkan Özdemir vasitəsilə casusluq qrupunun rəhbəri Səlcuq Küçükkaya ilə əlaqə saxlayıb.
Küçükkaya xaricdəki görüşlərdə özlərini Hose-Jorhe Satia, Tomas Alfonso və Raul kimi təqdim edən Mossad üzvlərinin göstərişlərinə ciddi əməl edib.
Mossadın hədəf aldığı 1 şirkət və 23 şəxsi izləmək üçün Küçükkayaya casusluq təhsili verilib və gizli ünsiyyət sistemi öyrədilib.
Öyrəndiyi bu sistem vasitəsilə Mossad ilə əlaqə saxlayan Küçükkaya, təlimat əsasında izlədiyi və sahib olduğu insanlar haqqında topladığı məlumatları Mossada bildirib.
Küçükkaya hədəf şəxslərin ailə üzvlərinin xarici giriş-çıxış qeydləri, telefon danışıqları və siqnal məlumatları, bank hesabları və mülkləri kimi məlumatları toplayıb və Mossad-a təqdim edib.
Küçükkayanın hədəfə alınan şəxsləri təqib etmək üçün özü də daxil olmaqla 15 nəfərlik bir qrup qurduğu müəyyən edilib. Küçükkaya və köməkçisi Musa Kuşun 2 ay əvvəl həbs olunduğu bildirilir. İstanbulda prokurorluğun əmri ilə təşkil edilən əməliyyatda 13 şübhəli barəsində də həbs qətimkan tədbiri seçilib.
İstanbul Polisinin dünən təşkil etdiyi əməliyyatda 11 şübhəli yaxalanıb. İki nəfərin tutulması üçün əməliyyatlar davam edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-05-2023, 11:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər