Gülnarə Kərimovaya qarşı daha bir neçə cinayət işi açıldı
Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı yeni cinayət işləri açılıb.
Bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir. Gülnarə Kərimova dövlət vəsaitlərinin oğurlanmasında, ölkə maraqlarına zidd olan müqavilələr imzalamaqda ittiham edilir. Bundan başqa o, aşağı qiymətlərlə iki sement zavodunun səhmlərini əldə etməkdə günahlandırılır.
Kərimovaya qarşı irəli sürülmüş növbəti ittiham aktında onun dələduzluq yolu ilə başqalarının iri həcmdə əmlakını mənimsədiyi deyilir. İstintaq materiallarına əsasən, Gülnarə müxtəlif şirkətlərin sahiblərinə və vətəndaşlarına güc tətbiq edərək onları öz mülklərini ona məxsus şirkətə satmağa məcbur edib.
Qeyd edək ki, 2015-ci ilin avqustunda Kərimova 5 il azadlıqdan məhrum edilib. Məhkəmə onu vergidən yayınmaqda, oğurluqda, ofşor şirkətlərin sənədlərinin məhv edilməsində günahkar bilmişdi. Daha sonra ona qarşı dələduzluq, xarici valyutaların gizlədilməsi, gömrük qanunvericiliyinin pozulması, iqtisadi hüquqların pozulması, saxta sənədlərin hazırlanması, qanunsuz gəlirlərin rəsmiləşdirilməsi maddələri üzrə ittiham irəli sürülmüşdü.
2015-ci ilin dekabrında Gülnarəyə daha 10 il həbs cəzası verilmiş, yarım il sonra isə bu cəza 5 ilə endirilmişdi. Ona yaşadığı evi tərk etmək, əlaqə vasitələrindən istifadə qadağan olunmuşdu. Ancaq bir neçə ay sonra Kərimova bu tələbləri pozmuşdu.
2019-cu ilin əvvəlində onu ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürüblər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:19-08-2019, 22:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:19-08-2019, 22:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Dünən, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
Dünən, 08:54
Səbail icra başçısının bələdiyyə əməliyyatı: Vüqar Zeynalov biznesmenlə niyə anlaşıb? – VİDEO
Dünən, 08:52