Keyt Middltonun xeyriyyə fondunun rəhbəri qatil çıxdı
Uels şahzadəsi Keyt Middltonun himayəsi altında olan Britaniyanın “Action for Children” adlı uşaq xeyriyyə təşkilatının rəhbəri keçmişdə qətl törədib.
O, etiraf edib ki, bütün həyatı boyu buna görə peşmandır.
Hissləri barədə 60 yaşlı Pol Karberi mətbuata danışıb.
16 yaşında ikən Karberi Qlazqoda küçə dəstəsinin üzvü olub. 1979-cu ildə futbol matçı üçün Qlazqodan Londona gedən qatarda əlbəyaxa dava zamanı 21 yaşlı gənci bıçaqlayıb və digər sərnişini yaralayıb. Gənc həbs olunub və 1985-ci ildə azadlığa çıxıb.
Cəzasını çəkdikdən sonra Pol Karberi polisdə - xüsusən də Şotlandiyanın gənclər arasında mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsində karyera qurub.
Keçən il o, uşaqlara və gənclərə dəstək verən “Action for Children” fondunun rəhbəri təyin edilib. Pol Karberinin həmkarları onun keçmişindən xəbərdar olsalar da, Uels şahzadəsi bundan bixəbər olub.
Mənbə: gazeta.ru
Paylaş:
Müəllif : Yazar
Tarix:29-05-2023, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər