Sarkisyanın keçmiş mühafizə rəisi həbs edildi
Ermənistanın sabiq Prezidenti Serj Sarkisyanın keçmiş mühafizə rəisi Vaçaqan Kazaryan həbs edilib.
Bu barədə vəkil Mger Akopyan “Sputnik Ermənistan”a bildirib.
O qeyd edib ki, istintaq sirrinin açıqlanmaması barədə sənəd imzaladığı üçün işin təfərrüatlarını açıqlaya bilməyəcək.
Xatırladaq ki, V.Kazaryan 2018-ci ilin “məxməri inqilab”ından sonra hüquq-mühafizə orqanlarının diqqətindədir. O, 2018-ci il iyunun 25-də bankdan içi pulla dolu olan portfellə çıxarkən saxlanılıb. Portfeldə 123 min dollar və 436 milyon dram (904 min dollar) aşkarlanıb. Evində aparılan axtarış zamanı isə onun həyat yoldaşından 35 milyon dram (72,5 min dollar), 1,11 milyon dollar və 230,5 min avro götürülüb. Kazaryana məxsus “Yank Klub”da isə 1,5 milyon dollar aşkarlanıb. Həmin vaxt o, həbs olunub, bir müddət sonra girov müqabilində sərbəst buraxılıb. İstintaq dövrü ərzində büdcəyə 5,8 milyon dollar qaytarıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-05-2023, 12:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər