12 iyun Qazaxıstanda matəm günü elan edildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni Abay rayonunda meşə yanğınında həlak olanların xatirəsinə ümummilli matəm günü elan edib.
Qazaxıstan KİV xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Bu bazar ertəsi günü ümumxalq hüzn günü elan edirəm. Sizinlə birlikdə kədərlənəcəyik, ölənlərin adlarını xatırlayacağıq. Sizdən möhkəm və sakit olmağınızı xahiş edirəm. İstər hüquq-mühafizə orqanları olsun, istərsə də bütün sahələrdə müvafiq tədbirlər görüləcək”, - Tokayev Semey Ormanı təbiət qoruğunda baş vermiş irimiqyaslı yanğın nəticəsində həlak olanların ailələri ilə görüş zamanı bildirib.
Son məlumatlara görə, Abay rayonunda baş verən yanğın nəticəsində 14 nəfər ölüb .
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi Abay rayonunda meşə yanğınının sahəsinin 60 min hektar təşkil etdiyini bildirib. Yanğının söndürülməsinə 300-ə yaxın texnika, 1,5 minə yaxın canlı qüvvə və 11 helikopter cəlb olunub. Rayonun inzibati mərkəzi olan Semey şəhərində fövqəladə vəziyyət elan edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-06-2023, 13:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər