Ukraynada Rusiyanın generalı öldürüldü
35-ci Ordunun qərargah rəisi general-mayor Sergey Qoryaçov Zaporojye istiqamətində gedən döyüşlərdə həlak olub.
Xarici media bildirir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqova istinadən xəbər yayılıb.
Onun Ukrayna Silahlı Qüvvələrinin raket hücumu zamanı ölümcül yaralandığı qeyd olunur.
Sergey Qoryaçev Moskva yaxınlığındakı Ojerelye şəhərində doğulub. Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusu Akademiyasını bitirib. Kəşfiyyat tağım komandirindən 76-cı diviziyanın desant batalyonunun komandiri vəzifəsinə qədər yüksəlib. Əlahiddə Ümumqoşun Ordusunun ayrıca motoatıcı briqadası komandirinin müavini idi. O, Dnestryanıda Rusiya qüvvələrinin əməliyyat qrupuna rəhbərlik edib. O, Tacikistandakı 201-ci hərbi bazaya, Xabarovskdakı təlim mərkəzinə komandanlıq edib.
Ukraynadakı müharibə zamanı o, 5-ci əlahiddə tank briqadasının komandiri idi. Sonra 35-ci Əlahiddə Ümumqoşun Ordusu komandanının müavini (general-mayor rütbəsi ilə), daha sonra - 35-ci Ordunun Baş Qərargah rəisi təyin edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-06-2023, 15:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər