İranda saxta içkidən kütləvi zəhərlənmə: 12 ölü, 150-dən çox zərərçəkən

İranın şimalındakı Əlborz əyalətində surroqat spirtli içkidən kütləvi zəhərlənmə olub. Hadisə nəticəsində azı 12 nəfər ölüb, 150-dən çox insan zərər çəkib.
Bu barədə regionun Tibb Elmləri Universitetinin prezidenti Şəhram Sayadi xəbər verib.
“Bazar ertəsi, iyunun 19-na olan məlumata görə, zəhərlənənlərin sayı 155-ə çatıb. Təəssüf ki, indiyədək 12 nəfər ölüb”, - deyə Sayadi bildirib.
Qeyd edək ki, ötən həftə Kərəcdə (Əlborz vilayətinin inzibati mərkəzi) bir neçə sakin ağır zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə aparılıb. Həkimlər xəstələrin saxta spirtli içkidən zəhərləndiklərini müəyyən ediblər. İranın hüquq-mühafizə orqanları surroqat spirtin bazara necə daxil olduğunu araşdırırlar.
Mənbə: TASS
Paylaş:
Müəllif : Yazar
Tarix:19-06-2023, 18:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-06-2023, 18:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB