Xersonda subasma nəticəsində 46 nəfər ölüb
Kaxovka Su Elektrik Stansiyasında baş verən partlayışdan sonra Xerson vilayətini su basması nəticəsində həlak olanların sayı artıb.
Regionxeberlericom.az TASS-a istinadən xəbər verir ki, vilayətdə ölənlərin sayı 46 nəfərə çatıb.
Hadisə nəticəsində daha 122 nəfər yaralanıb. Daha əvvəl yayılan məlumatda 41 nəfərin həlak olduğu, 121 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.
Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edib. Hadisə nəticəsində Nova Kaxovka və digər şəhərlərdə kəndləri su basıb. Ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-06-2023, 10:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər