Fransada iğtişaşların başlanmasına təkan verən qətlin görüntüləri - VİDEO
Fransanın Nanter şəhərində yolda dövri yoxlama zamanı 17 yaşlı sürücünü güllələyərək öldürən polis məmuru nəzarətə götürülüb.
Bu barədə BFMTV telekanalı məlumat verib.
Sosial şəbəkələrdə qətlin əks olunduğu videogörüntülər ortaya çıxıb.
Dindirmə zamanı hüquq-mühafizə orqanı əməkdaşı iddia edib ki, guya sürücü avtomobili onun üzərinə sürməyə cəhd edib və bu da atışmaya səbəb olub. Amma internetdə artıq sarı rəngli “Mercedes”də olan gəncin müfəttişlər tərəfindən saxlanması ilə bağlı görüntülər yayılıb. Videogörüntülərə əsasən, polis əməkdaşlarının həyatı üçün heç bir təhlükə olmayıb. Atəş açan asayiş keşikçisi maşının kapotunun qarşısında deyil, tamamilə kənarda dayanıblar.
Fransa prokurorluğu məsələ ilə bağlı iki cinayət işi başladıb. Birinci iş mərhum gəncə qarşı açılıb ki, o, müfəttişin tələbini yerinə yetirməkdən boyun qaçırıb və ona hücum edib. İkincisi iş isə sürücünün hüquq-mühafizə orqanı əməkdaşı tərəfindən qətlə yetirilməsi ilə bağlıdır.
Xatırladaq ki, ötən gün Parisin Nanter şəhərində avtomobil idarə edən 17 yaşlı yeniyetmə polisin sənədləri yoxlamaq üçün dayanmaq tələbinə tabe olmayıb. Bu zaman müfəttiş yeniyetmənin sinəsinə atəş açıb. Nəticədə o, dünyasını dəyişib.
Bir neçə saat sonra isə fransızlar etiraz aksiyasına çıxıblar və hüquq-mühafizə orqanları əməkdaşlarını səlahiyyətlərini aşmaqda ittiham ediblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-06-2023, 12:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər