reklam
Regionxeberlericom.az » Dünya » Lvovda qanlı gecə: "Mənzilin hər yeri qan içində idi" - RUS DƏHŞƏTİ DAVAM EDİR...

reklam

Lvovda qanlı gecə: "Mənzilin hər yeri qan içində idi" - RUS DƏHŞƏTİ DAVAM EDİR...


İyulun 6-na keçən gecə Rusiya “Kalibr” qanadlı raketlərlə Ukraynaya hücum edib. On raketdən 7-si Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, lakin raketlərdən biri Lvovda hündürmərtəbəli binanı dağıdıb. UNİAN hadisə yerindən reportaj hazırlayıb. AYNA sözügedən reportajı istinadla təqdim edir:

Ölümcül Rusiya raketi Lvovun mərkəzinə yaxın Stryska küçəsindəki hündürmərtəbəli binaya düşüb. 5 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı məlum olub. Həmçinin Lvov vilayətində Rusiyanın raket zərbəsi nəticəsində elektrik verilişi xətti və üç transformator yarımstansiyası enerjisizləşdirilib.

30-dan çox bina, 250-dən çox mənzil, 10 yataqxana, uşaq evi, iki universitet, sanatoriya məktəbi dağıdılıb. Lvovun rəhbəri Andrey Sadovoyun sözlərinə görə, bu, şəhərin mülki infrastrukturuna genişmiqyaslı işğalın başlanmasından bəri ən böyük hücumdur.

"Hər şey anidən baş verdi"

Genişmiqyaslı işğalın başlanğıcından bəri Lvov vilayəti ölkənin demək olar ki, ən təhlükəsiz bölgəsi olaraq qalır. Ruslar tərəfindən ayrı-ayrılıqda mərmilər atılsa da, digər bölgələrdəki kimi irimiqyaslı hücumlar edilməmişdi. Ancaq iyunun 6-sı gecəyədək...

İyulun 6-da ruslar gecə saat ikidən sonra raket hücumuna keçiblər. Raket Stryska küçəsindəki hündürmərtəbəli binaya düşüb. Binanın iki mərtəbəsi tamamilə dağılıb. Ölənlər və çoxlu yaralananlar var.

Evin həyətində yüzlərlə insan vardı - yaralı, sarğılı, ağlayan və qorxan. Kimsə uşaqları qucaqlayır, kimsə iti sığallayır. Bir anda bu insanlar demək olar ki, hər şeylərini - mənzillərini, əşyalarını, bəzilərini isə qohumlarını itirdilər. Könüllülər onlara yemək və su çatdırırlar.

Ev sakini İrina deyir: "Bu, qəfildən baş verdi. Atam şalvarını geyinməyə belə imkan tapmadı".

Hücum zamanı qadın evdə valideynləri ilə birlikdə olub. Anası xərçəngdən, atası insultdan sonra müalicə alır. Deyir ki, həmişə sığınacağa getmirdilər, amma həmin gecə nə isə hiss ediblər - getməyə qərar veriblər, amma... gedə bilməyiblər.

"Həyəcan siqnalından bir neçə dəqiqə sonra partlayış oldu. Nə baş verdiyini dərhal anlamadım. Bir an keçdi və biz künclərə səpələndik, ətraf barıt qoxudu, mənzilin hər yeri qan içində idi", - İrina deyib.

Anası yaralanıb - xəstəxanada onun qoluna və başına tikişlər vurulub və o, evə göndərilib. Qadın xərçəng xəstəliyinə görə kimyaterapiya keçdiyi üçün onun xüsusi müalicəyə ehtiyacı var. Lakin bütün dərmanlar mənzildə qalıb.

"Valideynlərimə yeməyə bir şey gətirəcəyəm, onlar skamyada oturublar”, deyə qadın sözlərinə davam edir.

Rusiya raketinin digər qurbanı olan təqaüdçü Tatyana partlayış nəticəsində çarpayıdan yıxıldığını deyir. Sevinir ki, ciddi xəsarətləri yoxdur.

"Mən yatırdım, gecə saat iki idi. Həyəcan siqnalını belə eşitmədim, çünki heç yaxşı eşitmirəm. Sonra birdən məni sanki yerə çırpdılar, pəncərə uçdu. Sürünərək qapıya tərəf getdim, amma aça bilmədim – partlayış dalğası qapını kilidləmişdi. Bilmirəm, necə sağ qaldım”, – qadın deyir.

“Qlavkom”un jurnalisti Pavlo Vuets də möcüzə nəticəsində qaçıb. O, həyat yoldaşı və məktəbli oğlu ilə birlikdə bu binada mənzil kirayələyib. Onun sözlərinə görə, Kiyevdən Lvova genişmiqyaslı işğalın əvvəlində - 2022-ci ilin martında köçüblər.

Pavlo və ailəsi zərbədən bir neçə dəqiqə əvvəl mənzili tərk edib. Onların binanın sonuncu mərtəbəsindəki mənzili tamamilə dağılıb. Orada bütün sənədlər, şəxsi əşyalar və pulları qalıb. Evin yanında dayanan avtomobil də dağılıb.

Yeri gəlmişkən, Lvova hücum nəticəsində məşhur müğənni Xristina Solovanın da mənzilinə ziyan dəyib. Partlayış dalğası onun mənzilinin pəncərələrini sındırıb. Bu barədə o, özü sosial şəbəkədə yazıb. Bomba düşən zaman evdə olan müğənninin xoşbəxtlikdən özünə xəsarət yetməyibdə hər şey qaydasındadır.

Beş ölü və üçdən çox yaralı

Lvov adminstrasiyasının məlumatına görə, rusların hücumu nəticəsində dörd qadın və bir kişi həlak olub. Qadınların birinin 32, digərinin 63, kişilərin isə 35 yaşı var.

Ölənlər arasında yerli jurnalist Volodimir Sadovoyun anası və bacısı da var. Şəhərdə ölənlər üçün iki günlük matəm elan edilib.

36 yaralının olduğu məlumdur ki, onlardan 13-ü Lvov xəstəxanalarına yerləşdirilib. 64 nəfər isə təxliyə edilib.

Ümumilikdə, şəhərdə 30-dan çox bina, 250 mənzil, 10 yataqxana, uşaq evi, iki ali məktəb, sanatoriya məktəbinə ziyan dəyib. Yarımstansiyalardan biri elektrik enerjisi ilə təmin olunmayıb.

Lvovdakı sığınacaqlar 24 saat açıq olacaq

Lvovun sakinləri sosial şəbəkələrdə gecə hücumu zamanı bəzi sığınacaqların bağlandığını bildiriblər. Daxili işlər naziri İqor Klimenko ən azı 10 qapalı sığınacaq barədə məlumat aldığını bildirib.

Lvov meri Andrey Sadovoy məsələyə dərhal reaksiya verib. Fövqəladə Hallar Komissiyasının iclasında qərara alınıb ki, Lvov icmasının ərazisindəki bütün sığınacaqlar 24 saat açıq olsun: “Sığınacaqların açılmasını 100 faiz təmin etmək mümkün olmadığı üçün Lvovda sığınacaqların bağlanmasını qadağan edirik. Binanın sahibi tərəfindən müəyyən edilmiş məsul şəxslər həmin sxemi işləyib hazırlamalıdırlar ki, həmin sxemə əsasən sığınacaq yerlərə 7/24 sərbəst daxil olmaq mümkün olsun. Bu qərara səbəb ötən gecə “Qaynar xətt”ə 10 şikayət olub".

AYNA




Paylaş:


Müəllif : Tarix:
8-07-2023, 11:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər