Nigeriyada fövqəladə vəziyyət elan edildi
Nigeriyada ərzaq təhlükəsizliyi böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Bu barədə “Vanguard” qəzeti məlumat yayıb.
Nigeriya Prezidentinin xüsusi müşaviri Bola Tinubu Dele Alake bildirib ki, qərar administrasiyanın ən həssas təbəqələrə dəstək verilməsi ilə bağlı mövqeyinə uyğun olaraq qəbul edilib:
“Administrasiyanın mövqeyinə uyğun olaraq ən həssas təbəqəyə dəstək verilməsi ilə bağlı prezident aşağıdakı müddəaların dərhal qüvvəyə minməsini bəyan etdi: Qida təhlükəsizliyi ilə bağlı təcili vəziyyət elan edilməlidir”.
Qeyd edək ki, iyunun 20-də Nigeriya Prezidenti Bola Əhməd Tinubu ölkənin təhlükəsizlik aparatındakı məmurları tutduqları vəzifələrdən uzaqlaşdırıb. Tinubu bütün rəhbərləri və məsləhətçiləri, ordunun qərargah rəisini, həmçinin milli polis və gömrük rəislərini işdən çıxarıb. Bundan başqa, o, Mərkəzi Bankın rəhbərini vəzifəsindən uzaqlaşdırıb. İnauqurasiya günü yeni seçilmiş lider əhalinin terror təhlükəsindən qorunması məsələsinin prioritet məsələyə çevriləcəyinə söz verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-07-2023, 22:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər