reklam
Regionxeberlericom.az » Dünya » Qlobal istiləşmənin səbəbi AÇIQLANDI

reklam

Qlobal istiləşmənin səbəbi AÇIQLANDI


Çin Elmlər Akademiyasının (CAS) Atmosfer Fizikası İnstitutunun alimlərindən biri olan Vey Ke bu yay dünyada baş verən həddindən artıq istilərin səbəbini açıqlayıb.

Mütəxəssis bu istilərə bir çox səbəb göstərib.

Onun sözlərinə görə, rekord səviyyələrə təkcə qısamüddətli sinoptik vəziyyət deyil, həm də qlobal iqlimin uzunmüddətli istiləşməsi prosesi səbəb olub.

Alimin açıqlaması Çinin Sincan-Uyğur Muxtar Bölgəsində rekord yüksək temperaturun 52,2 dərəcə qeydə alındığı vəziyyət fonunda verilib.

Vey Ke onu da əlavə edib ki, hinterlandda temperaturun artması qlobal orta göstəricidən yüksəkdir. Həmçinin, onu da vurğulayıb ki, istiləşmə prosesləri hələ də inkişaf edir və artması istisna deyil.

Qeyd edək ki, daha əvvəl sinoptiklər Yunanıstanda meteoroloji müşahidələr tarixində ən uzun isti dalğasını proqnozlaşdırıblar.




Paylaş:


Müəllif : Tarix:
25-07-2023, 13:33
Sikayət   


loading...
Загрузка...