Türkiyədə xəstəxanada atışma - Yaralananlar var

Türkiyənin Rize dövlət xəstəxanasında gecə saatlarında atışma baş verib.
Regionxeberlericom.az “Haberler”ə istinadən xəbər verir ki, insident nəticəsində beş nəfər yaralanıb.
Belə ki, təxirəsalınmaz yardım şöbəsinə daxil olan naməlum şəxs tapançadan atəş açmağa başlayıb.
Polis, jandarm, tibb işçisi və xəstəxananın iki pasiyenti güllə yarası alıb.
Növbətçi tibb işçiləri xəsarət alanlara ilkin tibbi yardım göstərib, sonra onlar hospitalizə edilib, həyatları təhlükə altında deyil.
Hücumdan sonra gizlənməyə cəhd edən cinayətkar saxlanılıb.
İlkin məlumata görə, insidentə səbəb atəş açanın yaralananlardan biri ilə aralarında olan şəxsi münasibətlər olub.
Hadisə yerində 10-dan çox boş giliz aşkarlanıb.
Faktla bağlı istintaq aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-07-2023, 11:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-07-2023, 11:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB