Qarabağ erməniləri də tək qaldıqlarının fərqindədir - FAKT BUDUR!
Qarabağdakı separatçı ünsürlər yolun sonuna gəldiklərini dərk etməyə başlayıblar. Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb ki, separatçı Araik Arutyunyan Azərbaycanla inteqrasiyanın üzdə əleyhinə olsa da, onun gizli tərəfdarlarından biridir. Nəşrin iddiasına görə, Arutyunyan yaxın günlərdə keçirəcəyi "mətbuat konfransı"nda Azərbaycanla dialoqda güzəştə getməyə hazır olduğunu bildirəcək: "Artıq Rusiyanın dəstəyinə heç bir ümidləri olmadığı üçün başa düşürlər ki, Qarabağda qalan ermənilərlə nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər". Qeyd olunub ki, separatçılar yaxın gələcəkdə bu istiqamətdə müzakirə və qərar verəcək başqa bir “qurum” yaradacaqlar. Erməni bloger Mikael Badalyan da deyib ki, separatçıların rəhbəri Ağdam-Xankəndi yolu təklifinə dair sensasion açıqlama verəcək: "O, böyük ehtimalla konfransda Qarabağada vəziyyətin yaxşı olmadığını, insanların artıq kütləvi şəkildə ərazini tərk etdiyini, başqa yollarının qalmadığını deyəcək. Beləliklə də, Ağdam vasitəsilə əraziyə bir neçə humanitar yük maşınının yardım göndərə biləcəyini söyləyəcək". Badalyanın sözlərinə görə, bununla da 2025-ci ilə qədər Qarabağ əhalisinin Azərbaycana reinteqrasiya prosesi sürətlənəcək və ruslar bölgəni tərk edəndə ərazi tam olaraq Azərbaycanın nəzarətinə keçəcək.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında bildirib ki, Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın hər hansı "bəyanatla" çıxış edib-etməməsi reallığı dəyişməyəcək. Professor diqqətə çatdırıb ki, separatçılar Azərbaycana qarşı ancaq hədyanlar, sərsəm fikirlər söyləməklə məşğul olublar: "Bütün separatçılar məsuliyyət daşıyırlar. “Hraparak” qəzeti İrəvan hökumətinə yaxın nəşrdir. Yəni qəzetin yazdıqları dezinformasiya da ola bilər. Həmçinin bu cür məlumatlar tirajlamaqla Azərbaycanın reaksiyasını öyrənmək niyyətində ola bilərlər. Arutyunyan özünü "prezident" elan etmiş separatçıdır. Onun proseslərə təsir gücü yoxdur. Görünür, kənar güclərdən də istədiyi dəstəyi ala bilmir. Araikin nə deməsindən asılı olmayaraq, Qarabağ erməniləri reinteqrasiya prosesinə qoşulmalıdır. Azərbaycan öz təklifini edib, görüş və dialoq çağırışını səsləndirib. Sonradan peşman olmamaq üçün vaxtında düzgün seçim etməli, doğru qərar verməlidirlər. Qarabağdakı ermənilər arasında Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən adamların sayı çoxdur. Müxtəlif yollarla rəsmi Bakıya müraciət ünvanlayırlar. Rusiya daim öz maraqlarına uyğun addımlar atır. Əgər separatçılara tam və açıq dəstək Moskvanın ziyanına işləyirsə, Rusiya bundan imtina edir və XİN rəsmisi M.Zaxarovanın diliylə ermənilər tənqid olunur. Artıq separatizmə yer yoxdur və dünya da bunu qəbul etmir. Ermənilər də tək qaldıqlarının fərqindədir. Biz də ən tez zamanda separatçılardan qurtulmalıyıq".
Paylaş:
Müəllif : Yazar
Tarix:4-08-2023, 10:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər