reklam
Regionxeberlericom.az » Dünya » Trampı sui-qəsd təşkilində ittiham etdi

reklam

Trampı sui-qəsd təşkilində ittiham etdi
















Venesuela Prezidenti Nikolas Maduro 2018-ci ildə ona qarşı sui-qəsdin təşkilində ABŞ-nin həmin dövrdəki Prezidenti Donald Trampın şəxsən iştirak etdiyini bildirib.

Maduro bu barədə ölkənin Milli qvardiyasının 86-cı ildönümü ilə bağlı keçirilən tədbirdə danışıb. 

Onun sözlərinə görə, ABŞ administrasiyası sui-qəsdin törədilməsini Kolumbiya rəhbərliyinə tapşırıb.

O bu hadisənin əsas təşkilatçılarından biri olaraq Venesuela parlamentinin keçmiş deputatı Xulio Borxesi qeyd edib. 

Qeyd edək ki, N.Maduroya qarşı sui-qəsd cəhdi 2018-ci il avqustun 4-ü baş verib. Belə ki, parad zamanı partlayıcı qurğu ilə təchiz edilən 2 pilotsuz uçuş aparatı Maduroya tərəf uçmağa cəhd edib. Prezident mühafizəsinə daxil olan snayperlər dronları vaxtında zərərsizləşdirə bilib. Hadisə ilə bağlı 17 nəfər mühakimə edilib.




Paylaş:


Müəllif : Tarix:
5-08-2023, 09:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər