Trampı sui-qəsd təşkilində ittiham etdi

Venesuela Prezidenti Nikolas Maduro 2018-ci ildə ona qarşı sui-qəsdin təşkilində ABŞ-nin həmin dövrdəki Prezidenti Donald Trampın şəxsən iştirak etdiyini bildirib.
Xarici mediya xəbər verir ki, Maduro bu barədə ölkənin Milli qvardiyasının 86-cı ildönümü ilə bağlı keçirilən tədbirdə danışıb.
Onun sözlərinə görə, ABŞ administrasiyası sui-qəsdin törədilməsini Kolumbiya rəhbərliyinə tapşırıb.
O bu hadisənin əsas təşkilatçılarından biri olaraq Venesuela parlamentinin keçmiş deputatı Xulio Borxesi qeyd edib.
Qeyd edək ki, N.Maduroya qarşı sui-qəsd cəhdi 2018-ci il avqustun 4-ü baş verib. Belə ki, parad zamanı partlayıcı qurğu ilə təchiz edilən 2 pilotsuz uçuş aparatı Maduroya tərəf uçmağa cəhd edib. Prezident mühafizəsinə daxil olan snayperlər dronları vaxtında zərərsizləşdirə bilib. Hadisə ilə bağlı 17 nəfər mühakimə edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-08-2023, 09:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT