reklam
Regionxeberlericom.az » Dünya » Daha bir ölkə Belarusla sərhədinin mühafizəsini gücləndirdi

reklam

Daha bir ölkə Belarusla sərhədinin mühafizəsini gücləndirdi


Latviyanın Nazirlər Kabineti ölkənin Belarusla sərhədinin mühafizəsinin gücləndirilməsi barədə qərar verib. 

“Delfi” portalı xəbər verir ki, cari ilin avqustun 11-dən 2024-cü il fevralın 10-na qədər Ludza, Kraslava, Auqşdauqava və Dauqavpils bölgələrinin inzibati ərazilərində dövlət sərhədinin mühafizə sisteminin iş rejimi gücləndiriləcək. 

Məlumata görə, sözügedən tədbir ölkənin Daxili İşlər Nazirliyi tərəfindən təklif edilib. Buna səbəb isə Latviya-Belarus sərhədini çox sayda qanunsuz keçmə hallarının müşahidə edilməsidir. 

Bununla yanaşı, Latviyanın daxili işlər naziri Maris Kuçinskis Belarus ərazisində “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin olduğunu xatırladıb. Onun sözlərinə görə, həmin muzdlular tərəfindən hər hansı təxribat əlamətləri müşahidə edilməsə də, belə bir ehtimalı istisna etmək olmaz. 

Xatırladaq ki, Polşa və Litva da Belarusla dövlət sərhədinin mühafizəsini gücləndirib.




Paylaş:


Müəllif : Tarix:
9-08-2023, 10:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər