İranda 39 illik ana dili qadağasına son: Xilas modeli, yoxsa..? - GƏLİŞMƏ
Sentyabr ayından etibarən İranın Şərqi Azərbaycan əyalətindəki məktəblərdə Azərbaycan türkcəsinin tədrisinə başlanılacaq.
Bu barədə Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşai bildirib. Onun sözlərinə görə, İran Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq, Şərqi Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərara alınıb.
Paşai bildirib ki, dərslər 23 sentyabrdan etibarən həftədə 3 saat olmaqla tədris olunacaq.
Milyonlarla soydaşımızın yaşadığı İranda Azərbaycan türkcəsində tədrisin aparılması uzun illərdir ki, müzakirə mövzusudur.
Konstitusiyada bununla bağlı müvafiq maddə olsa da, islam inqilabının qələbə qazandığı dövrdən başlayaraq 39 illik qadağadan sonra İranda Azərbaycan dilinin tədrisinin başlaması nə vəd edir? Bunu hazırda olduqca çətin dövrünü yaşayan İranı həm də daxili problemlərdən yayındırmaq üçün müvəqqəti xilasedici addım hesab etmək olarmı?
Millət vəkili Aydın Mirzəzadə Cebhe.info-ya açıqlamasında deyib ki, İranda yaşayan soydaşımız ana dilində təhsil almaq hüququnu artıq təcrübədə əldə edə biləcəklər:
“Bu addım dilimizin, ədəbiyyatımızın, tariximizin İran azərbaycanlıları tərəfindən daha dərin öyrənilməsinə kömək edəcək. O cümlədən, İran hökumətinin azərbaycanlıların roluna qiymət verməsi, onların təhsil və mədəniyyətinə xüsusi diqqəti üçün təqdirəlayiq addımıdır”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İran əhalisinin böyük əksəriyyətinin türk olduğunu əsas gətirərək, onların öz ana dilində təhsil almasını vacib sayıb:
“Hər bir xalqın öz ana dilində oxuma, yazma hüququ var. Milli şuurun formalaşması təhsillə bağlıdır. Azərbaycanda kifayət qədər İranı təmsil edən məktəb və universitetlər var. İranda da Azərbaycan dilində təhsil almaq vacibdir. Mən bu addımı alqışlayıram”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat katibi Vüsal Qarayev də bu qərarı doğru və demokratik addım kimi qiymətləndirib:
“Bu qərar bizi çox sevindirdi və eyni zamanda duyğulandırdı. Əbülfəz Elçibəyin ideya davamçı olaraq partiyamız hər zaman güneyli soydaşlarımızın yanında olmağa çalışır, onların problemlərinə biganə qalmır, orada baş verənlərə reaksiya verir, münasibət bildirir, güneyli soydaşlarımızın hüquqlarını qorumağa çalışır. Ana dili olduqca həssas bir mövzudur. Hər zaman orada yaşayan soydaşlarımızın ana dilində təhsil almalarının vacibliyini vurğulamışıq və bildirmişik ki, bu, onların demokratik haqqıdır. Nəhayət qismən də olsa, bu arzumuz həyata keçdi. İnanırıq ki, bu məsələ kütləvi hal alacaq, hər bir güneyli soydaşımız öz dilində təhsil almaq hüququ qazanacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-08-2019, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-08-2019, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01