reklam
Regionxeberlericom.az » Dünya » Gürcüstanda daha bir torpaq sürüşməsi

reklam

Gürcüstanda daha bir torpaq sürüşməsi


Gürcüstanın daha bir bölgəsində torpaq sürüşməsi olub.

Təbii fəlakət avqustun 9-da Sameqrelo-Zemo (Yuxarı) Svaneti bölgəsinin Tsalendjixa rayonunda baş verib. Nəticədə Tebene çayının qarşısı kəsilib və çayda suyun səviyyəsi qalxmağa başlayıb.

Bu barədə Sameqrelo-Zemo Svaneti bölgəsinin qubernatorunun administrasiyası məlumat yayıb.

Bildirilib ki, hələlik ciddi təhlükə yoxdur, amma sürüşmə davam edərsə, problem yaranacaq.

Qeyd edək ki, avqustun 3-də Gürcüstanın Raça-Leçxumi-Kvemo (Aşağı) Svaneti bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində 21 nəfər həlak olub, 12 nəfərin axtarışları hələ də davam edir.




Paylaş:


Müəllif : Tarix:
10-08-2023, 09:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər