reklam
Regionxeberlericom.az » Dünya » Ən təhlükəli və güclü mafiyalar – Dünya liderlərinə hökm edənlər

reklam

Ən təhlükəli və güclü mafiyalar – Dünya liderlərinə hökm edənlər


İnterpolun səylərinə baxmayaraq, əlləri dünyanın ən ucqar nöqtələrinə belə çatan bəzi kriminal qruplaşmalar illər keçdikcə daha da güclənirlər. Re dünyanın ən

Regionxeberlericom.az  ən təhlükəli və ən güclü mafiyaları barədə məlumat verir.

Kamorra İtaliyanın ən təhlükəli cinayətkar qruplaşmasıdır. 350 illik bir tarixə malikdir. Əsas mərkəzi Neapolda yerləşir. “Koza Nosa” mafiyasından  fərqli olaraq bu mafiya siyasətə qarışmır, maliyyə-iqtisad məsələlərinə liderlik edir. Əsas gəlir mənbəyi narkotik ticarəti, reketçilik və qəribə olsa da zibil daşımalardan-tullantı biznesindən gəlir.

Bambuk ittifaqı

Çində mərkəzləşmiş bu qrupun Tayvan da daxil olmaqla, Asiya ölkələrində, hətta ABŞ-da da mərkəzləri var. Deyilənə görə, dikdator Kim Çen İn də onların qanadı altına sığınıb sağa-sola hökm edir. Bu mafiya kazinolara nəzarət edir, sifarişli qətllər törədir, borc verənlərlə borc alanlar arasındakı mübahisələri həll edir. Onların dünyanın bir çox liderlərinə söz keçirdikləri, əmrləri ilə bir çox siyasi gedişatları dəyişdiyi deyilir.

Mara Salvatruça

Başqa adı “Gəzən qarışqalar” olan bu mafiya Los-Anceles şəhərində ötən əsrin 80-ci illərində yaranıb. Şimali və Cənubi Amerikanın ən qəddar cinayətkar qruplşamasıdır. Əvvəllər ancaq salvadorlulardan ibarət idi, indi Nikaraqua, Meksika, Kolumbiya, Qvatemalada nə qədər cinayətkar varsa bu mafiyanın üzvüdür. Təşkilat bütün dünyadan 80 000 min nəfərdən çox insanı öz ətrafında birləşdirib.


Qətl, qarət, insan alveri, reketçilik, qeyri-leqal miqrasiyaya vasitəçilik, silah və narkotik alveri ilə məşğul olurlar. Qorxu yaratmaq üçün tez-tez qrup şəklində seksual təcavüz, kütləvi qətllər törədir, məşhur adamların orqanlarını kəsib mediada yayımladır, törətdikləri cinaytərin hay-küyə səbəb olmasına çalışırlar.

Yamaquti-qumi

Başqa sözlə Yakudza adlanan bu mafiyanın şöhrəti çoxdan ana vətəni Yaponiyanın sərhədlərini aşıb, dünyaya yayılıb. Məsələn ABŞ-da Yakudza rəhbərlərinə sankisyalar tətbiq edilir, onlarla istənilən şəkildə biznes əlaqələri qurmaq qadağan olunur. Yakudzanın tərkibindəki klanlar öz aralarında rəqabət halında olsalar da, başqa mafiyalara qarşı birləşməyi yaxşı bacarırlar. Bu mafiyaya üzv olmaq  üçün müəyyən sınaqlardan keçmək şərtdir. Bu mafiya üzvlərinin bədənlərinə rəngli tatular döydürülür və hər birinin gizli mənası var. Mafiyasına qarşı səhv addım atmış yakudzalar bunun cəzasını bədən üzvləri ilə ödəyirlər. Barmaqları, qulaqları kəsilir, gözləri kor edilir və s.r

Rusiyanın ən böyük mafiyalarından biri “Solnsevskaya OPQ” idi. Ötən əsrin 90-cı illərində yarandı və bütün Rusiya şəhərlərinə yayıldı. Əsasən bazarlarda reketlik edir, sifarişli qətllər törədir, insan oğurluğu, insan alveri ilə məşğul olurdular. Amerikalı və italiyalı mafiozilərlə əlaqə sayəsində nəqliyyat yollarına da nəzarət edir, narkotik və silah alverinə girişirdilər. 2010-cu ilə qədər qorxu yayan bu təşkilat sonra ayrı-ayrı qruplaşmalara parçalandı. İndi Rusiya bazarlarında azərbaycanlı lotular, “vorzakonlar”  daha çox at oynadırlar.




Paylaş:


Müəllif : Tarix:
10-08-2023, 10:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər