Saakaşvilinin vəziyyəti pisləşdi
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin aclıq aksiyasına görə səhhətinin vəziyyəti pisləşməkdə davam edir.
Xarici mediya bildirir ki, Bu barədə Gürcüstanın Ombudsman Aparatının saytında məlumat verilib.
Qeyd olunur ki, Gürcüstanın Ombudsmanı tərəfindən dəvət olunmuş bir qrup mütəxəssis siyasətçinin yerləşdiyi “Vivamed” klinikasının təqdim etdiyi sənədləri öyrənib, təhlil edib və öz qiymətlərini təqdim edib.
Gürcüstanın keçmiş prezidentinə qanda leykositlərin azalması diaqnozu qoyulub, ehtimal ki, sümük iliyində problemlər yaranıb. Eyni zamanda, mütəxəssislər xəstənin müalicə prosesindən şikayətlərinin olmadığını qeyd ediblər.
Gürcüstanın Ombudsman Aparatı əmin edib ki, eks-prezidentin müalicəsi davam etdiriləcək.
Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ildə Gürcüstana qayıdıb. Ölkənin eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətini ağır qiymətləndiriblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-08-2023, 14:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər