reklam
Regionxeberlericom.az » Dünya » Zelenski bütün komissarları işdən çıxarır

reklam

Zelenski bütün komissarları işdən çıxarır

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirdiyini, iclasda hərbi komissarlıqlarda yoxlamaların müzakirə edildiyini bildirib.

Xarici media bildirir ki, onun sözlərinə görə, hərbi komissarlıq əməkdaşlarına qarşı ümumilikdə 112 cinayət işi başlanıb, 33 şübhəli fakt da var.

“Bizim həll yollarımızdan biri budur ki, bütün regional hərbi komissarları işdən çıxarırıq. Bu sistemi müharibənin nə olduğunu, müharibə zamanı sinizm və rüşvətxorluğun niyə xəyanət olduğunu dəqiq bilən insanlar idarə etməlidir”, - deyə Ukrayna lideri öz Telegram kanalında yazıb.

Siyasətçi vurğulayıb ki, cəbhədə olan və orada yaralanan, lakin ləyaqətini qoruyub saxlayan hərbçilər işə qəbul üçün müraciət edə bilərlər.

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya bu qərarın icrasını tapşırıb.

Prezident əlavə edib ki, iki həftədən sonra Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu məsələ ilə bağlı növbəti iclası keçiriləcək və orada təkliflər verilməlidir.

Bu həftə Ukraynada məhkəmənin rüşvət sxemlərini təşkil etməkdə şübhəli bilinən hərbi komissarı həbs etdiyi bildirilir.




Paylaş:


Müəllif : Tarix:
11-08-2023, 16:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər