reklam
Regionxeberlericom.az » Dünya » Qazaxıstan Rusiya ilə bağlı bu qadağanı uzatdı

reklam

Qazaxıstan Rusiya ilə bağlı bu qadağanı uzatdı


Qazaxıstan Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən taxılın ölkəyə daxil olmasının qarşısını almaq üçün qurudan taxıl idxalına qoyulan qadağanın daha 6 ay müddətinə uzadılmasına qərar verib.

Xarici KİV  xəbər verir ki, bu haqda Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyi açıqlama yayıb.

Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən taxılın ölkəyə girişinin qarşısının alınması üçün alınan qərar çərçivəsində bu dəfə təkcə qurudan deyil, dəmir yolu ilə də edilən taxıl idxalına qadağa qoyulacaq.

Qeyd edək ki, Qazaxıstan mətbuatında çıxan xəbərlərdə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən Rusiya taxılının üçüncü ölkələrə, xüsusilə Özbəkistan, Əfqanıstan və Tacikistana ucuz satıldığı bildirilirdi. Bu vəziyyətin Rusiya kimi taxıl ixracatçısı olan Qazaxıstanda daxili istehsala və daxili bazara mənfi təsir göstərdiyi, iqtisadiyyata ziyan vurduğu qeyd edilib.




Paylaş:


Müəllif : Tarix:
11-08-2023, 20:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər