reklam
Regionxeberlericom.az » Dünya » Gürcüstanda sürüşmə zonasında ölənlərin sayı artdı

reklam

Gürcüstanda sürüşmə zonasında ölənlərin sayı artdı


Gürcüstanda xilasedicilər yüksək dağlıq Raça bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində itkin düşən daha iki nəfərin meyitini tapıblar.

Regionxeberlericom.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin infrastruktur və regional inkişaf naziri İrakli Karseladze deyib.

Beləliklə, təbii fəlakət qurbanlarının ümumi sayı 24-ə yüksəlib.

Xatırladaq ki, Şovidə torpaq sürüşməsi avqustun 3-ü baş verib. Hadisə nəticəsində körpülər dağılıb, yollara ziyan dəyib. Avqustun 7-si ölkədə matəm günü elan edilib.

Qeyd edək ki, avqustun 6-da Tbilisi meri Kaxa Kaladze sürüşmə nəticəsində tamamilə dağıldığı üçün ölkədə Şovi kurortunun artıq mövcud olmadığını bildirib.




Paylaş:


Müəllif : Tarix:
11-08-2023, 20:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər