reklam
Regionxeberlericom.az » Dünya » Madaqaskarda açılış mərasimində izdiham: 12 ölü, 80 yaralı

reklam

Madaqaskarda açılış mərasimində izdiham: 12 ölü, 80 yaralı


















Madaqaskarda keçirilən “Hind Okeanı Adaları Oyunları”nın açılış mərasimində izdiham yaşanıb. Paytaxt Antananarivoda stadiona daxil olarkən yaranan izdihamda ən azı 12 nəfər həyatını itirib, 80 nəfər isə yaralanıb.

Bu barədə Madaqaskarın Baş naziri Kristian Ntsay açıqlama yayıb.

Baş nazir bildirib ki, tədbirə tamaşa etmək üçün 50 minə yaxın insan eyni vaxtda “Barea“ stadionuna daxil olmağa çalışıb.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə, sonra isə hər 4 ildən bir keçirilən “Hind Okeanı Adaları Oyunları”nda Mavriki, Seyşel, Komor Adaları İttifaqı, Mayotta, Reunyon və Maldiv adalarından olan idmançılar iştirak edirlər.

Çoxşaxəli yarış olan tədbir sentyabrın 3-dək davam edəcək.




Paylaş:


Müəllif : Tarix:
26-08-2023, 10:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər