reklam
Regionxeberlericom.az » Dünya » Makron Ermənistanı Güney Qafqaza giriş üçün BİLET gözündə görür... - HƏQİQƏTƏN DƏ...

reklam

Makron Ermənistanı Güney Qafqaza giriş üçün BİLET gözündə görür... - HƏQİQƏTƏN DƏ...


Fransanın prezidenti Emmanuel Makron Fransanın “Le Point” jurnalına müsahibə verib. Regionxeberlericom.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Makron ənənəsinə sadiq qalaraq, yenə də Azərbaycanı hədəfə alıb.

O müsahibəsində Qarabağ “blokadası”ndan danışıb. Makron deyib: “Diplomatiyamız aydındır, amma indi diplomatiyanın vaxtı deyil. Mən o blokadadan təəssüflənirəm və pisləyirəm. Biz həmişə demişik ki, xalqların suverenliyinin yanındayıq. Qarabağ məsələsi mürəkkəbdir. Bu məsələ ilə bağlı ən sərt mövqeləri təkrarlaya bilmərəm. Fransa 2020-ci il müharibəsini açıq şəkildə pisləyib və bir çox humanitar aksiyalar təşkil edib. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına, xalqların və mədəniyyətlərin qorunmasına imkan verəcək sazişin tapılması üçün mümkün olan hər şeyi edirik. Bu sülh müqaviləsi zərurətdir, lakin beynəlxalq hüquqa uyğun olmalıdır”.

“Beynəlxalq ekspertlərin soyqırım prosesinin mövcudluğunu sənədləşdirməsi” ifadəsinə cavab olaraq Fransa prezidenti bildirib ki, belə bir fikri bu tezlikdə işlətməkdən çəkinir. “Biz, xüsusən də Laçın dəhlizi ətrafında qəbuledilməz humanitar vəziyyətlə üzləşirik. Fransanın rolu humanitar yardım üçün təzyiqi saxlamaqdır və biz bu istiqamətdə əlimizdən gələni edirik. Xüsusilə, biz Dağlıq Qarabağa ərzaq və dərmanların çatdırılması və oraya sərbəst girişin təmin edilməsi üçün təşəbbüslər göstərməyə davam edirik. Bundan əlavə, bu gün Ermənistan həm də öz sərhədləri ilə təhdid altındadır”.

P.S. Fransa bütün qüvvəsini işə salaraq, bölgəyə yerləşməyə çalışır. Bunun üçün Ermənistandan istifadə etdiyi də şübhəsizdir. Ermənilərə isə indiki məqamda kimin “altında” olmaq önəmli deyil. Önəmli olan odur ki, tərəf onların istəklərini yerinə yetirsin. Hazırda da durum belədir. Fransanın Azərbaycana qarşı aqressiyası, düşmən mövqedə dayanması və bütün beynəlxalq qanunları bir kənara qoyması da qeydi-adi bir şey deyil. Çünki vaxtıyla Qafqazın ən güclü ölkəsinin yanında ola bilmədi. Bu gün isə belə bir şansı heç yoxdur. Ona görə də, bütün istiqamətlərdə düşmənçiliklərinə davam edir. Lakin cəhdləri əbəsdir. İstədiklərinə nail ola bilməyəcəklər.





Paylaş:


Müəllif : Tarix:
26-08-2023, 17:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər