Azərbaycanlı jurnalist Rusiyada cərimələndi
Moskvanın Savelovski Məhkəməsi “Nə? Harada? Nə vaxt?” teleşousunun keçmiş oyunçusu Rövşən Əsgərov cərimələyib.
Regionxeberlericom.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə tass agentliyi məlumat yayıb. Bildirilir ki, Savelovski məhkəməsi onun barəsində bu gün qərar çıxarıb. Qərara əsasən, R. Əsgərov 40 min rubl məbləğində (təxminən 708 manat) cərimələnib.
Qeyd edək ki, o , Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib (xarici agentin qaydalarını pozmağa görə).
Əsgərov 2022-ci ilin dekabrında xarici agent kimi tanınıb. Onunla bağlı nasizmin reabilitasiyası işi də araşdırılır. İstintaq müəyyən edib ki, o, aprelin 6-dan əvvəl özünün Facebook səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və gözdən salan qəsdən yalan məlumatlar dərc edib. Əsgərov federal axtarışdadır.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-08-2023, 18:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər