reklam
Regionxeberlericom.az » Dünya » Xocalı canisi Serj Sərkisyan Xankəndində yeni təyin olunan “dövlət naziri”ni təriflədi...

reklam

Xocalı canisi Serj Sərkisyan Xankəndində yeni təyin olunan “dövlət naziri”ni təriflədi...


Son günlərd Qarabağın dağlıq hissəsində baş verən hadisələrlə və xüsusən də baş separatçı Araikin istefasından öncə “təhlükəsizlik şurası”nın katibi Samvel Şahramanyanın separatçı rejimin qondarma “dövlət naziri” vəzifəsinə təyin edilməsi ilə əlaqədar Tert.am saytı şərh üçün.Ermənistanın terrorçu eks-prezidenti Serjik Sərkisyana müraciət edib.

Regionxeberlericom.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda “ArmenianReport” məlumat yayıb.

Sərkisyanın ofisindən belə cavab verilib:

“Serj Sarkisyan ümid edir ki, əgər Samvel Şahramanyanın artsax respublikasının dövlət naziri vəzifəsinə təyin olunması yaxın gələcəkdə, böyük ehtimalla, təsdiqlənərsə, artsax respublikası üçün həyati əhəmiyyət kəsb edən məsələlərdə hakimiyyətin siyasəti daha aydın və diqqət mərkəzində olacaq...”

P.S. Qeyd edək ki, Araik Arutyunyanın istefasından öncə general-mayor Samvel Şahramanyanı “dövlət naziri” təyin etməsi xəbəri yayıldıqdan sonra erməni mediasında ikincinin Xocalı qatili S.Sərkisyanın adamı, deməli, dolayısıyla Moskvanın adamı olması və hətta onun tezliklə “prezident” “seçiləcəyi” haqda informasiyalar yayılıb. Serjikin bu açıqlaması deyilənləri təsdiqləyir...

P.P.S. Onu da xatırladaq ki, Azərbaycana qarşı savaşlara da qatılmış general-mayor S.Şahramanyan bu il martın 1-də Xocalıda Rusiya "sülhməramlı"larının komandanı general Lentsovun vasitəçiliyi ilə deputat Ramin Məmmədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşdə iştirak etmiş separatçı vəzifə sahiblərindən biridir...




Paylaş:


Müəllif : Tarix:
1-09-2023, 09:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər