reklam
Regionxeberlericom.az » Dünya » İsveçdə Quran yandırıldı – Etirazlar başladı

reklam

İsveçdə Quran yandırıldı – Etirazlar başladı


















İraqlı anti-islam fəalı Salvan Momika bazar günü İsveçdə İslamın müqəddəs kitabı Quranı yandırıb.

Onun bu hərəkətindən sonra ölkənin müxtəlif şəhərlərində iğtişaşlar başlayıb.

Polis Malmö şəhərində ictimai asayişi pozduqları üçün 10 nəfəri saxladıqlarını bildirib. Baş verən şiddətli iğtişaşla bağlı üç nəfər isə həbs edilib.

Salvan Momika əvvəllər də bir sıra anti-İslam etirazlarında Quranı təhqir etmişdi və onun hərəkətləri bütün Yaxın Şərqdə diplomatik qəzəb doğurmuşdu .

Qeyd edək ki, İsveç polisi, ifadə azadlığı haqqında qanunlara istinadən Momikaya “etiraz aksiyası” üçün icazə verib.

Xatırladaq ki, yanvar ayında Danimarkanın ifrat sağçı “Stram Kurs” (Sərt xətt) partiyasından olan siyasətçi Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın nüsxəsini yandırmışdı. Quranın bir neçə dəfə açıq şəkildə yandırıldığını görən Danimarka rəsmiləri ötən ay müqəddəs kitabların ictimai şəkildə təhqir olunmasını qadağan etməyi planlaşdırdığını açıqlayıb.

İsveç rəsmiləri isə müəyyən hallarda müqəddəs kitabların yandırılması ilə bağlı etirazların ləğvi üçün qanuni vasitələri araşdırmağa söz verib.




Paylaş:


Müəllif : Tarix:
4-09-2023, 21:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər