reklam
Regionxeberlericom.az » Dünya » Rusiya azərbaycanlıların sıx yaşadığı Ukrayna şəhərini atəşə tutdu: Zelenski kadrları paylaşdı - VİDEO

reklam

Rusiya azərbaycanlıların sıx yaşadığı Ukrayna şəhərini atəşə tutdu: Zelenski kadrları paylaşdı - VİDEO


Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərindəki Mərkəzi bazarı atəşə tutub.

Nəticədə ölənlər və çox sayda yaralanan var.

Rusiya hərbçiləri ilkin olaraq həmişə insanların çox olduğu bazara “S-300” raketləri ilə zərbələr endirib.

Hadisə yerindən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Konstantinovka azərbaycanlıların sıx yaşadığı şəhərlərdən biridir.

Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski bazara endirilən zərbənin videogörüntülərini yayımlayıb.

“Hazırda Rusiya terrorçularının artilleriyası Donetsk vilayətinin Konstantinovka şəhərində 16 nəfəri öldürdü. Adi bazar. Mağazalar. Aptek. Günahı olmayan insanlar. Çox sayda yaralı. Təəssüf ki, ölən və yaralananların sayı hələ də arta bilər”, - deyə Zelenski paylaşımında qeyd edib.





Paylaş:


Müəllif : Tarix:
6-09-2023, 18:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər