reklam
Regionxeberlericom.az » Dünya » Mərakeşdə zəlzələ – Ölənlərin sayı 632-yə çatdı + Yenilənib

reklam

Mərakeşdə zəlzələ – Ölənlərin sayı 632-yə çatdı + Yenilənib

















Mərakeşdə baş verən güclü zəlzələdə ölənlərin sayı 632-yə çatıb.

Bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 329 nəfər yaralanıb.

Qeyd edək ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.

***10.13

Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə Krallığın Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, yeraltı təkanların episentri 839 min insanın yaşadığı Mərakeşdən 77 km cənub-qərbdə olub. Zəlzələ ocağı 10 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar Krallığın bir sıra iri şəhərlərində, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Zəlzələdən zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

İlkin rəsmi məlumata görə, baş vermiş zəlzələdə 296 nəfər ölüb.

Əraziyə xilasetmə qüvvələri cəlb olunub.




Paylaş:


Müəllif : Tarix:
9-09-2023, 11:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər