reklam
Regionxeberlericom.az » Dünya » Kim Çen In Rusiyaya getdi

reklam

Kim Çen In Rusiyaya getdi


















Şimali Koreya lideri Kim Çen In Vladimir Putinlə görüşmək üçün Rusiyaya yollanıb.

Bu barədə Cənubi Koreyanın YTN telekanalı adı açıqlanmayan yüksək səviyyəli hökumət mənbəsinə istinadla xəbər verib.

Məlumata görə, Kim xüsusi qatarla Şimali Koreyanın şimal-şərq sərhədinə gedəcək və görüş çox güman ki, çərşənbə axşamı baş tutacaq.

Tərəflərin qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Rusiyaya silah tədarükü məsələsini müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, kanal daha əvvəl görüşün çərşənbə günü keçirilə biləcəyini bildirmişdi. Digər tərəfdən, Rusiyanın “İnterfaks” xəbər agentliyi də Kimin “yaxın günlərdə” Uzaq Şərqə səfərinin gözlənildiyini xəbər vermişdi.

Xatırladaq ki, bu səfər Kimin dörd ildən sonra (COVID-19 pandemiyası da daxil olmaqla) xaricə ilk səfəri olacaq. ABŞ-ın keçmiş prezidenti Donald Trampla nüvə tərksilahına dair danışıqları nəticəsiz qaldıqdan sonra o, 2019-cu ildə Vladivostokda Putinlə görüşmüşdü.




Paylaş:


Müəllif : Tarix:
11-09-2023, 14:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər