reklam
Regionxeberlericom.az » Dünya » Ankarada terror törədənlərin kimliyi müəyyənləşib

reklam

Ankarada terror törədənlərin kimliyi müəyyənləşib


Oktyabrın 1-də Türkiyənin Daxili İşlər Nazirliyinə qarşı təşkil edilmiş və polis əməkdaşlarının dərhal həyata keçirdikləri tədbirlər nəticəsində qarşısı alınmış terroru törədən iki şəxsin kimliyi təsbit edilib.

Bu barədə məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Açıqlamada bildirilib ki, terrorçulardan birinin PKK/KCK terror təşkilatının üzvü, “Kanivar Erdal” kod adlı Həsən Oğuz, ikincinin isə təşkilatın digər üzvü Özkan Şahin olduğu üzə çıxıb.

“Təhlükəsizlik bölmələrimizin başlatdığı istintaq davam edir. Terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər əzm və qətiyyətlə davam edəcək”, - deyə qeyd olunub.

Mənbə: Anadolu




Paylaş:


Müəllif : Tarix:
4-10-2023, 11:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər